"Superbet Chess Classic": Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşib
Bakı, 14 aprel, AZƏRTAC
Qrosmeysterimiz Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə mayın 4-dən 14-dək keçiriləcək "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirindəki bütün rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges, Yan Nepomnyaşi (FIDE), macarıstanlı Riçard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaqlar.
Dairəvi sistem üzrə təşkil olunacaq turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic" turnirinin qalibi adına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:57]
Litvalı baş məşqçi Azərbaycan futbolunun tarixinə düşüb
- 14.05.2026 [12:21]
“Sabah” polşalı futbolçu ilə 3 illik müqavilə imzalayıb
- 14.05.2026 [12:20]
“Neftçi”nin apellyasiya şikayəti yenə təmin edilməyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]