Donald Tramp Si Cinpinlə görüşdə Tayvanla bağlı sualı cavabsız qoyub
Bakı, 14 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp ÇXR Sədri Si Cinpinlə fotoşəkil çəkdirən zaman jurnalistlərin Tayvanla bağlı suallarına cavab verməyib.
AZƏRTAC xəbər verir ki, ABŞ və Çinin dövlət başçıları fotoşəkil çəkdirmək üçün “Tiantan” məbədində dayanıblar. Bu zaman jurnalistlər görüşdə Tayvan məsələsinin müzakirə olunub-olunmadığı barədə Donald Trampa sual veriblər. Sualı cavabsız qoyan ABŞ Prezidenti üzünü çevirərək mətbuat nümayəndələrindən uzaqlaşıb.
Xatırladaq ki, 1949-cu ildə Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılıq etdiyi Qomindan ordusunun qalıqları Tayvana sığınıb. Ada həmin vaxtdan bəri öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı ÇXR-in bir əyaləti hesab edir.
Vaşinqton 1979-cu ildə Taybeylə diplomatik münasibətləri kəsib və Pekinin “Vahid Çin” siyasətini qəbul edib. Buna baxmayaraq, Vaşinqton Tayvan administrasiyası ilə əlaqələrini davam etdirir və adanı silahlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]