Media: ABŞ məhkəməsi BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə qarşı sanksiyaları bloklayıb
Bakı, 14 may, AZƏRTAC
Vaşinqton məhkəməsi işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti ilə bağlı BMT-nin xüsusi məruzəçisi Françeska Albanezeyə qarşı ABŞ sanksiyalarını bloklayıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Dövlət Departamenti 2025-ci ilin iyul ayında Françeska Albanezeyə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə İsrail və ABŞ-nin BMT məruzəçisinə qarşı antisemit baxışlar yaymaq və terror təşkilatlarını dəstəkləmək barədə ittihamları səbəb olub.
Məhkəmə sənədləri nəzərdən keçirdikdən sonra sanksiyaların ABŞ Konstitusiyasının Birinci Düzəlişinə əsasən söz azadlığı hüququnu pozmaqla tətbiq edildiyi qənaətinə gəlib. Françeska Albaneze İsrailin Qəzza sektorundakı siyasətini sərt tənqid etməsi ilə tanınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]