"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub











Bakı, 25 aprel, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan həlledici görüşdə “Murov Az Terminal" və “Azərreyl” komandaları üz-üzə gəliblər.
İlk görüşdə 3:0 hesablı qələbə qazanan "dəmiryolçular"a ikinci matçda çempionluq üçün iki set bəs edib. Bununla da kollektiv Azərbaycan Yüksək Liqasının qalibi olub.
Ötən gün "Azərreyl"in qadınlardan ibarət komandası "Abşeron"u "qızıl set"də məğlub edərək çempion adını qazanıb.