"BAVARİYA" VƏ "TURBİNE" NÖVBƏTİ DƏFƏ BUNDESLİQA KUBOKUNUN SAHİBİ OLMUŞLAR
Xatırladaq ki,"Bavariya" hazırda Almaniya super- bundesliqasının da lideridir və turnir cədvəlində 70 xalla öndə gedir.Münxenlilər çempionatın sona çatmasına bir neçə tur qalmış onları daban-dabana
izləyən ənənəvi rəqibləri - "Hamburq" ( 65 xal),"Bremen"(61 xal),"Schalke 04"(55 xal) və "Leverkusendən xeyli irəli çıxmışlar. Bavariyalıların yaxın günlərdə ölkə çempionu elan olunması faktı artıq qaçılmazdır.
Aprelin 29-da Berlinin əzəmətli Olimpiya stadionunda keçirilən kubok final matçında rəqibi - Frankfurtun "Eintracht" komandasına 1:0 hesabilə qalib gələn "Bavariya" kubokun sahibi olmuşdur.
Bu qələbə "Bavariya"nın Almaniya futbolu tarixində ilk dəfə "xet-dubel" - iki il bir-birinin ardınca həm ölkə çempionu,həm də kubokunun sahibi olması şansını artırmışdır.
Elə həmin gün Berlin stadionunda keçirilən qadınların bundesliq kubokunun finalında Almaniyanın və Avropanın ən güclü qadın futbol komandaları - Potsdamın "Turbine" və Frankfurtun "FC- Frankfurt" kollektivləri qarşılaşmışlar.Ənənəvi rəqiblərinə 2:0 hesabıilə qalib gələn "Turbine" ölkə kubokunun sahibi olmuşdur.