"Qalatasaray"da maraqlı qadağa
Bakı, 15 aprel, AZƏRTAC
Türkiyə Superliqasında mövsümün başa çatmasına 5 tur qalmış "Qalatasaray"da maraqlı qadağa tətbiq edilib.
AZƏRTAC "Milliyət"ə istinadən xəbər verir ki, komandanın məşq etdiyi Kəmərburqaz bazasına qonaq gətirilməsi qadağan olunub.
Bu qərarın baş məşqçi Okan Burukun istəyi ilə qəbul olunduğu iddia edilir. Çünki mütəxəssis hələ "Göztəpə" ilə oyundan sonra start heyətinin gizli şəkildə mediaya ötürüldüyünü bildirmişdi.
Bundan başqa, klub rəhbərliyi futbolçuların motivasiyasını artırmaq üçün bu mövsüm vəd edilən bütün mükafatların qısa zamanda ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, "Qalatasaray" hazırda 68 xalla Superliqada turnir cədvəlinə başçılıq edir. "Sarı-qırmızılar"ı 66 xalla "Fənərbnağça" və 64 xalı olan "Trabzonspor" izləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]