İDMAN
"Qəbələ" klubu Türkiyə və Rumıniya komandaları ilə yoxlama oyunları keçirəcək

Bakı, 15 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubu 2022/2023-cü il mövsümünün hazırlığına bu gün start verəcək.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, ayın 12-də isə Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti hissəsi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin bu gün təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [17:52]
Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb
- 06.12.2023 [17:29]
Azərbaycanda oynamış tanınmış futbolçu ölkəsində hücuma məruz qalıb
- 06.12.2023 [15:33]
Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb
- 06.12.2023 [14:42]
Voleybol üzrə Azərbaycan çempionatının oyunu xəstəliyə görə təxirə salınıb
- 06.12.2023 [14:32]
AFFA Premyer Liqanın üç klubunu cərimələyib
- 06.12.2023 [14:17]
Azərbaycanın basketbol millisinin yeni baş məşqçisi açıqlanıb
- 06.12.2023 [14:08]