"Sabah"ın basketbolçusu: Hər matçda qələbə üçün oynayacağıq
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan adına çox sevinirəm və həyəcanlıyam. Legioner həyatı yaşadığım ilk ilimdə FIBA Avropa Kubokunun müntəzəm mövsümünə vəsiqə qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah" klubunun basketbolçusu Desmond Kembric Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
ABŞ-dan olan 25 yaşlı oyunçu bildirib ki, bəlkə də insanların çoxu komandadan bu nəticəni gözləmirdi: "Amma mən inanırdım. Azarkeşlər üçün oynamağı sevirəm. Bu, mənə həyəcan verir. Rəqiblərə gəlincə, hər matçda qələbə üçün oynayacağıq. Təcrübəli komandamız var".
Qeyd edək ki, "Sabah" Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və "Nimbruk" (Çexiya) klubları olacaq.
Azərbaycan təmsilçisinin qrupda ilk oyunu oktyabrın 18-də səfərdə "Mornar" klubuna qarşı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]