"Tottenhem" Avropa Liqasının qalibi olub
Bakı, 22 may, AZƏRTAC
UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [16:08]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 28.10.2026 [15:07]
“Sumqayıt”ın prezidenti: Zaman keçdikcə daha güclü komanda görəcəyik
- 28.10.2026 [13:52]
“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib
- 28.10.2026 [12:27]
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub
- 28.10.2026 [12:14]