İDMAN
AAF Formula 1-in fan zonasında klassik avtomobillərin sərgisini keçirir
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula 1 Azərbaycan Qran-Prisi start götürüb.
AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi - Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunub.
Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdirilir və izləyicilər yarış günlərində sərgini maraqla izləyirlər.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-na təsadüf edəcək. Belə ki, Formula 1-in yarış halqasında (trek) klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [16:01]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
- 07.05.2024 [15:23]