ABADLIQ İŞLƏRİNƏ SAKİNLƏR DƏ QOŞULMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkirdə aparılan abadlıq və quruculuq işlərinə rayon sakinləri də həvəslə qoşulmuşlar. Onların bu arzusunu nəzərə alan rayon icra hakimiyyətinin başçısı hər həftənin şənbə günlərində iməcilik keçirilməsi barədə sərəncam imzalamışdır. Bu günlərdə keçirilən iməcilikdə minlərlə şəmkirli yaşadıqları rayonun yaşıllaşdırılmasında fəal iştirak etmişdir. Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində aparılan iməcilikdə 7 mindən çox ağac əkilmiş, yolun ətrafında səliqə-sahman yaradılmışdır.