ABADLIQ İŞLƏRİNƏ SAKİNLƏR DƏ QOŞULMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkirdə aparılan abadlıq və quruculuq işlərinə rayon sakinləri də həvəslə qoşulmuşlar. Onların bu arzusunu nəzərə alan rayon icra hakimiyyətinin rəhəbərliyi hər həftənin şənbə günlərində iməcilik keçirilməsi barədə qərar vermişdir. Bu günlərdə keçirilən iməcilikdə minlərlə şəmkirli rayonun yaşıllaşdırılmasında fəal iştirak etmişdir. Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində aparılan iməcilikdə 7 mindən çox ağac əkilmiş, yolun ətrafında səliqə-sahman yaradılmışdır.