ABŞ AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA 10 MİLYON DOLLAR AYIRACAQDIR
“Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırılmasından sonra ABŞ-la əməkdaşlığın daha da gücləndiyini vurğulayan nazir demişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa strukturları və NATO ilə fəal sürətdə əməkdaşlıq edir. NATO ilə münasibətlərinin daha da genişlənməsinə səy göstərən ölkəmizin ABŞ-la əməkdaşlığı təbiidir. Çünki bu, xalqımızın tələbidir və təhlükəsizliyimizin təminatının güclənməsi deməkdir. Bizim üçün ən ağır və təhlükəli Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
General-polkovnik Səfər Əbiyev Azərbaycan iqtisadiyyatı, o cümlədən TASİS proqramı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri haqqında qonaqlara məlumat vermiş, bizdən tələb olunan bu layihələrin təhlükəsizliyinin təşkilinə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin buna xüsusi təhlükə yaratdığını diqqətə çatdırmışdır.
İstefada olan general Çarlz Boyd görüşə görə təşəkkürünü bildirərək, səfərin regionla və Azərbaycandakı vəziyyətlə tanışlığa məqsədi daşıdığını söyləmiş və demişdir ki, biz özəl təşkilat kimi təhlükəsizlik məsələlərinin həlli məqsədilə hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Biznesmenlərin də daxil olduğu təşkilatımızın həm Azərbaycan, həm də dünyanın 130 ölkəsində maraqları vardır.
Tərəflər Azərbaycanda həyata keçiriləcək geniş iqtisadi layihələrin məhlükəsizliyinin təşkil edilməsi barəsində ətraflı fikir mübadiləsi aparmışlar.
Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu, lakin bu beynəlxalq layihəyə qarşı böyük təhlükələrin mövcudluğuna görə, bu məsələdə bütün iştirakçı dövlətlərin təmsil olunmasını nəzərə çatdıran natiq Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində ətraflı məlumat vermişdir. O, demişdir ki, Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə əsasən dövlətlər üçün hədd müəyyənləşdirilmişdir. Lakin işğalçı Ermənistan dövləti bu həddi pozaraq öz havadarlarının yardımı ilə durmadan silahlanmanı davam etdirir, aldığı silahları və hərbi texnikanı öz ərazilərində yerləşdirir. Bu ərazilərdən narkotrafik kimi istifadə olunur və burada terror qruplaşmaları hazırlanır.
Cənab Çarlz Boyd səfər zamanı Azərbaycanın bir çox sahələrdə irəliyə getdiyini müşahidə etdiyini vurğulayaraq söyləmişdir ki, ABŞ dövləti Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaxın zamanlarda 10 milyon dollar ayıracaqdır. Biz sizinlə təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırıq.
Müdafiə naziri qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın Bakıdakı səfiri cənab Rino Harniş iştirak etmişdir.