ABŞ-da hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Bakı, 29 avqust, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında “Black Hawk” hərbi helikopterinin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC “Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə San-Dieqo şəhərindən 112 kilometr məsafədə yerləşən San-Klemente arasındakı Koronado şəhəri yaxınlığında təlim zamanı baş verib. Yaralılar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıblar.
Hazırda qəzanın baş verdiyi ərazi mühafizə altına alınıb, insidentlə bağlı təhqiqat başlayıb.
Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Tennessi ştatının Noksvill şəhərində helikopter qəzaya uğrayaraq çaya düşüb. Qəza zamanı helikopterin göyərtəsində olan dörd nəfərdən üçü üzərək sahilə çıxıb, bir nəfər isə həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]