ABŞ-da “Moderna” kompaniyasının koronavirusa qarşı peyvəndinə lisenziya verilib
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ administrasiyası “Moderna” kompaniyasının hazırladığı koronavirus əleyhinə vaksinin paylanmasına başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyasının vaksini böyük səs çoxluğu ilə təsdiq olunub. Ləngimədən preparatın paylanmasına başlanacaq”, - deyə Donald Tramp bildirib. O əlavə edib ki, Avropa və dünyanın digər dövlətləri, xüsusən Almaniya, Fransa, İspaniya və İtaliya virusundan ciddi zərər çəkib. Vaksin artıq yoldadır.
Qeyd edək ki, bir qədər öncə ABŞ-ın qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinin (FDA) ekspertlər qrupu “Moderna” kompaniyasının hazırladığı vaksinin təcili istifadəsinə icazə verilməsini tövsiyə edib.
“Bloomberg” agentliyinin məlumatına əsasən, 20 ekspert peyvəndin tətbiqinə səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]