ABŞ-da son 80 ilin ən güclü daşqınları davam edir
Bakı, 7 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ-da Missisipi çayında son 80 ilin ən güclü daşqını davam edir. ABŞ Sahil Mühafizə Xidmətinin təmsilçiləri çayın ən mürəkkəb sahələrində kommersiya gəmiçiliyini 8 gün müddətinə qadağan etmişlər.
Bu, ötən əsrdə çayda inşa edilmiş bəndlər şəbəkəsinin təmiri üçün lazım olan materialların fövqəladə əməliyyatlar aparan hərbi qulluqçulara çatdırılması üçün edilmişdir.
Missisipi çayının məcrasından çıxması səbəbindən təhlükəyə məruz qalan Memfisdə və onun ətrafındakı ərazilərdə artıq bir neçə gündür ki, əhalinin məcburi köçürülməsi davam edir. 3 mindən artıq sakin təhlükəsiz ərazilərə köçürülmüşdür.
Mütəxəssislər bildirirlər ki, ABŞ-ın bu iri çayında 1937-ci ildən bəri suyun səviyyəsi bu qədər yüksəlməmişdir. Missisipi çayında suyun səviyyəsi 13,7 metrə qədər yüksəlmişdi və mayın 9-da bu göstərici 14,3 metrə çata bilər.
Missisipi çayında ən güclü daşqınlar 1927-ci ildə qeydə alınmışdır. Həmin il çayın məcrasından çıxması nəticəsində mindən çox adam həlak olmuş, 600 mindən çox sakin evsiz-eşiksiz qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:59]
SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb
- 09.09.2026 [17:56]
“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır
- 09.09.2026 [17:07]
ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]