ABŞ hökuməti: Rusiyanın yeni diplomatları üçün qapılar açıqdır
Bakı, 29 mart, AZƏRTAC
ABŞ hökuməti ölkədə Rusiyadan olan diplomatların sayını azaltmır və yeni diplomatlar üçün qapılar açıqdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu açıqlamanı ABŞ administrasiyasının nümayəndəsi martın 29-da xarici jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib.
Bununla yanaşı, Amerika hökumətinin nümayəndələri Vaşinqtonun “xarici kəşfiyyat əməkdaşları tərəfindən gözlənilən təhlükəni” ciddi qəbul etdiyini bildiriblər. “Bizim qapımız rusiyalı diplomatların üzünə açıqdır, lakin biz diplomat olmayan şəxslərlə bağlı ciddi narahatlıq keçiririk”, - deyə onlardan biri qeyd edib. Nümayəndə ölkədən çıxarılan Rusiya diplomatlarını casus adlandırıb.
Xatırladaq ki, Avropa İttifaqının bir sıra ölkələri, habelə ABŞ, Kanada, Norveç, Ukrayna, Gürcüstan və başqa dövlətlər “Skripal işi” əlaqədar rusiyalı diplomatları arzuolunmaz şəxs elan ediblər. O cümlədən Vaşinqton bəyan edib ki, 48 rusiyalı diplomatı və Rusiyanın BMT yanındakı missiyasının 12 əməkdaşını ölkədən çıxarır. RF XİN də öz növbəsində Moskvanın adekvat cavab verəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]