ABŞ-ın neft ehtiyatları 500 milyon barrelə geriləyib
Bakı, 17 dekabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,1 min barrel (0,6 faiz) azalaraq 500,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 3,5 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 15,2 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 638,1 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1 milyon barrel (0,4 faiz) artaraq 238,9 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,2 milyon barrel çoxalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]