ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər Gününü qeyd ediblər - FOTOLAR
Vaşinqton, 9 noyabr, AZƏRTAC
ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlılar Zəfər Gününü qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, icma üzvləri Ferfaks şəhərində azərbaycanlılara məxsus “Baku delicious” restoranında bir araya gəliblər.
Tədbir bayram əhvali-ruhiyyəsində təşkil olunub. Açıq havada qurulan çadırda uşaqlar üçün əyləncəli proqramlar, rəsm dərsləri keçirilib. Həmçinin azərbaycanlı müğənnilər Günay Quliyeva və Bəhruz Fərruxinin ifasında Azərbaycanın klassik və xalq musiqiləri səsləndirilib. İcma üzvləri musiqi sədaları altında rəqs ediblər. Tədbirdə, həmçinin Azərbaycan mətbəxinə məxsus təamlar təklif edilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton