ABŞ İRANDAN PAKİSTAN VASİTƏSİLƏ HİNDİSTANA QAZ KƏMƏRİ ÇƏKİLMƏSİNİN ƏLEYHİNƏDİR
O vurğulamışdır ki, “ABŞ hökuməti Xəzər dənizi regionundan qaz kəmərləri tikintisinə dair müxtəlif layihələri dəstəkləyir, lakin bu layihələrdə İranın iştirakının tamamilə əleyhinədir”.
ABŞ nümayəndəsinin bu bəyanatı verməsinə səbəb odur ki, Cons Hopkins Universitetinin Avrasiya problemlərinə dair keçirdiyi forumda Asiya İnkişaf Bankının ekspertləri İrandan Hindistana, habelə Türkmənistandan Əfqanıstan vasitəsilə Pakistan və Hindistana qaz kəmərlərinin çəkilməsinin mümkün olduğunu bildirmişlər.
ABŞ hökuməti İrandan qaz kəməri tikintisi layihəsinə dair öz mövqeyi barədə ilk dəfə rəsmi bəyanat vermişdir.
Xatırladaq ki, ötən ilin axırlarında İran, Hindistan və Pakistan layihədə iştirak etməyə hazır olduqlarını təsdiqləmiş və ABŞ tərəfindən narazılıq haqqında xəbərdarlığa baxmayaraq, 2006-cı ilin iyun ayınadək üçtərəfli saziş imzalamaq qərarına gəldiklərini bildirmişlər. Layihə iştirakçılarının növbəti danışıqlarını fevralda Tehranda keçirmək nəzərdə tutulmuşdur. 7 milyard dollar dəyərində qiymətləndirilən 2600 kilometr uzunluğunda qaz kəmərinin tikintisinə 2007-ci ildə başlanılmalıdır. Gözlənildiyinə görə, qaz kəməri 2011-ci ildə istismara veriləcəkdir.