ABŞ İraqda silahlı qruplaşmanın mövqelərinə zərbə endirib
Bakı, 26 dekabr, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri “Kətaib Hizbullah” qruplaşmasının İraqdakı üç obyektinə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun yayımladığı bəyanatda deyilir.
Məlumata görə, zərbələr İranın himayə etdiyi silahlıların İraq və Suriyada ABŞ hərbçilərinə qarşı silsilə hücumlarına cavabdır.
ABŞ müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatların regionda şəxsi heyətini və obyektlərini qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat ABŞ prezidentinin göstərişi ilə həyata keçirilib.
Qeyd edək ki, dekabrın 25-də İrana bağlı “Kətaib Hizbullah” qruplaşmasının Ərbil Hava Bazasına hücumu nəticəsində üç amerikalı hərbçi yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]