ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib
Bakı, 3 yanvar, AZƏRTAC
ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela Prezidenti Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Maduro narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunur.
AZƏRTAC xəbər verir ki, Pam Bondi xüsusi əməliyyat nəticəsində saxlanılan Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkun Cənub Dairə Məhkəməsində ifadə verəcəklərini bildirib. Baş prokuror qeyd edib ki, hər iki şəxs artıq rəsmi olaraq ittiham edilir.
Açıqlamada vurğulanıb ki, iş ABŞ hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı istintaqın nəticəsidir və məhkəmə prosesi Nyu-Yorkda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]