ABŞ və Cənubi Koreya birgə hərbi hava təlimləri keçirir
Pekin, 24 aprel, AZƏRTAC
ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin Koreya yarımadasında birgə təlimləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya hərbi mənbələri məlumat yayıb.
Bildirilir ki, əvvəldən planlaşdırılan illik təlimlər bir neçə gün davam edəcək və aprelin 24-də başa çatacaq. İki ölkənin birgə hava əməliyyatlarının icrasını yaxşılaşdırmaq üçün nəzərdə tutulan təlimlərdə Cənubi Koreyadan "F-15K" və "KF-16" qırıcıları, ABŞ-ın isə " F-16" hərbi təyyarələri iştirak edir.
Qeyd edək ki, Vaşinqton və Seul Koreya Xalq Demokratik Respublikası (KXDR) diplomatik danışıqları dəstəkləmək üçün ötən ilin noyabrına nəzərdə tutulan irimiqyaslı birgə hərbi təlimləri təxirə salmışdılar. Yonhap agentliyi yazır ki, KXDR bunun əksinə olaraq raket sınaqları ilə yarımadada gərginliyi daha da artırıb. Agentlik hazırkı hərbi hava təlimlərini KXDR-ə xəbərdarlıq kimi qiymətləndirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]