“ABU-1” HƏNDBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ LİDERİDİR
Fevralın 23-də ABU Arenada həndbol üzrə qadın komandaları arasında ölkə çempionatının üçüncü turuna yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, turun ən maraqlı və həlledici qarşılaşması “ABU-1” və “Qaradağ” komandaları arasında keçirilmişdir. Görüş “ABU-1”in qələbəsi ilə başa çatmışdır - 34:18. Digər oyunda “ABU-2” “Təhsil”i 40:17 hesabı ilə məğlub etmişdir.
Bu turdan sonra bütün görüşlərini qələbə ilə başa vurmuş “ABU-1” liderliyini davam etdirir. “ABU-2” ikinci, “Qaradağ” isə üçüncü yerdədir.
Çempionatın qalibi apreldə keçiriləcək sonuncu turun oyunlarından sonra məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]