ACARISTAN ALİ SOVETİNƏ SEÇKİLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 20-də Acarıstan Ali Sovetinə seçkilər keçirilmişdir. Mərkəzi seçki komissiyasından verilən ilkin məlumata görə, muxtariyyatın 130 min nəfərədək sakini seçkilərdə iştirak etmiş, 30 deputat yeri uğrunda 400-dən artıq namizəd mübarizə aparmışdır. 3 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılmışdır. Hazırda “Saakaşvili-qalib Acarıstan” seçki bloku liderlik edir, Respublikaçılar partiyasının isə 7 faizlik maneəni dəf edəcəyi ehtimal olunur.