“Açıq səma altında”: Plenerlər peşəkar icmanın gücləndirilməsinə necə töhfə verirlər?
Bakı, 20 aprel, AZƏRTAC
Mərdəkan qəsəbəsində “Arts Council Azerbaijan” Cəmiyyəti və “Səyahət” təşkilatı tərəfindən “Açıq səma altında” adlı plener keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Dadaş Məmmədov bu tədbirin artıq ənənəvi hal aldığını, təkcə özünütəkmilləşdirmə platforması deyil, həm də sənətçilər arasında şəbəkələşmə və sərbəst təcrübə mübadiləsi üçün vacib bir məkana çevrildiyni bildirib.
Təşkilatçılar vurğulayıblar ki, tədbirin məqsədi, sadəcə, təbii işıqda və açıq məkan atmosferində kətanla ünsiyyət qurmaq imkanı deyil, həm də canlı peşəkar ünsiyyət üçün şəraitin yaradılması olub.
Qeyd edək ki, rəssamların özünütəkmilləşdirmə forması olan plener istedadlı gəncləri dəstəkləmək, yaradıcı mühiti inkişaf etdirmək və peşəkar icmanı gücləndirmək məqsədilə keçirilir.
Müəllif – Anara Axundova