Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetinin müəllim və tələbələri cəbhə bölgəsinə səfər ediblər VİDEO

Füzuli, 19 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə ADA Universitetinin bir qrup müəllim və tələbəsi cəbhə bölgəsinə səfər edib.

AZƏRTAC xəbər verir ki, əcnəbi müəllim və tələbələrin də yer aldığı qrup əvvəlcə 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.

“İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, - deyə U.Rəhimoğlu bildirib.

Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF sədri sentyabr ayından başlayaraq ADA Universitetinin müəllim və tələbələrinin regiona səfərlərinin davam etdiriləcəyini deyib.

ADA Universitetinin müəllimi Peter Tuner təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumatım var. Hər hansı münaqişə haqqında fikir yürüdərkən, oxumaqla görmək arasında çox böyük fərq var. Bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Məni heyrətləndirən o oldu ki, burada hər kəs, hətta talana məruz qalmış yerli sakinlər də sülhdən danışır. Bu qədər dağıntılara baxmayaraq, yerli sakinlər sülh istəyir”.

“Burada gördüklərim məni çox kədərləndirdi. Məzar daşlarını dağıtmaq, atəşə tutmaq vəhşiliyin ən son həddidir. Səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, bizə bu şəraiti yaratdılar, erməni vəhşiliyini gəlib gözlərimizlə gördük”, - deyə universitetin ikinci kurs tələbəsi Şəbnəm Həsənova vurğulayıb.

ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva bildirib: “Təhsil ocağında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar tələbələrə çatdırılır. Ancaq yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buradakı dağıntıları görən xarici müəllim və tələbələr çox heyrətləndilər. Çünki dağıntıları, müharibə nəticəsində darmadağın olan insan həyatlarını görən şəxs buna laqeyd qala bilməz. Bu dağıntılar onu göstərir ki, ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlıların izlərini silmək istəyirlər. Ancaq bizim burada olmağımız onu bildirir ki, Azərbaycan işğal altında olan bütün torpaqları geri qaytaracaq”.

Sonra universitetin müəllim və tələbələri Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. Nümayəndə heyətinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Məlumat verilib ki, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Bir neçə gün əvvəl Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndinə gələrək, görülən işlərlə tanış olub, sakinlərlə görüşüb. Yaxın günlərdə kənd sakinlərinin 24 ildən sonra doğma yurdlarına qayıdışı başlanacaq.

Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanış olan müəllim və tələbələr 1994-cü ildən burada yaşayan Oqtay Həziyevin evinə baş çəkiblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə bildirib ki, səfərin məqsədi tələbələri və xarici müəllimləri münaqişə, onun fəsadları ilə tanış etməkdir: “Onlar dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”.

Universitetin müəllim və tələbələri Tərtər şəhərində ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzi ilə də tanış olublar.

BAMF-ın sədri Umud Rəhimoğlu qurumun müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərərçəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, kənd təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və sair peşələrə yiyələnir, kompüter, xarici dil biliklərini artırırlar.

Sonra ADA Universitetinin müəllim və tələbələri Tərtər rayonunun Şıxarx qəsəbəsinə gəliblər. Məlumat verilib ki, 1992-cü ildə işğaldan azad edilən bu kənddə də bütün evlər Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində olduğu kimi dağıdılıb. Hazırda kənddə məcburi köçkün ailələri məskunlaşıb. Ötən ilin aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məskunlaşan məcburi köçkün ailələrinin evlərinə, həmçinin ərazidəki elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kəndlərdə dağılan evlər yenidən tikilib.

Şıxarx qəsəbəsində olarkən nümayəndə heyəti böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. BAMF sədri Umud Rəhimoğlu bildirib ki, bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Nümayəndə heyətinə erməni işğalçılarının həyata keçirdikləri ekoloji terror barədə də məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov bildirib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər. Nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

Nümayəndə heyəti daha sonra təmas xəttində yerləşən Həsənqaya kəndinə gələrək burada məskunlaşan məcburi köçkün ailələri, o cümlədən Ermənistan artilleriyasının top atəşi nəticəsində həlak olan Kəlbəcər rayonundan olan məcburi köçkün 16 yaşlı Turanə Həsənlinin ailəsi ilə görüşüb, məişət şəraiti ilə tanış olublar.

Səfər zamanı ADA Universiteti və BAMF-ın birgə əməkdaşlığı ilə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Şıxarx, Həsənqaya kəndlərində sosial layihələrin həyata keçirilməsi qərara alınıb.

ADA Universitetinin müəllim və tələbələri cəbhə bölgəsinə səfər ediblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib