ADİU-da 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhid olmuş universitet məzunlarının barelyefi önünə tər çiçəklər düzmüşlər.
Tədbirdə ADİU-nun prorektoru, professor Damət Bağırov bildirmişdir ki, 20 Yanvar tariximizin həm qanlı, həm də şərəfli səhifələrindən biridir. O dəhşətli gecədə sovet hərb maşını öz azadlığı və istiqlaliyyəti uğrunda ayağa qalxan xalqın əzmini qıra bilmədi. Əksinə, 20 yanvar hadisələri milli azadlıq mübarizəsinə yeni ruh və təkan verdi. İnformasiya blokadasında olan Azərbaycanın haqq səsini dünyaya çatdıran isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]