ADNSU-da fövqəladə hallar zamanı düzgün təxliyə qaydalarından danışılıb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Uşaqların təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ali məktəbin mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov Ümumdünya Mülki Müdafiə Gününün tarixindən söhbət açıb. Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəaliyyəti barədə məlumat verən E.Məmmədov, eyni zamanda, baş verə biləcək potensial təhlükələrdən, təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarından danışıb.
Universitetin sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının müdiri, professor Sakit Rəsulov sosial bəlaların və təbii fəlakətlərin fəallaşdığı bir vaxtda maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Sonra suallar cavablandırılıb.