Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADPU-nun prorektoru Mahirə Hüseynova: Təhsildə qloballaşma və beynəlmiləlləşmə amilləri mühüm əhəmiyyət kəsb edir

ADPU-nun prorektoru Mahirə Hüseynova: Təhsildə qloballaşma və beynəlmiləlləşmə amilləri mühüm əhəmiyyət kəsb edir

Bakı, 16 aprel, AZƏRTAC

Bu günlərdə təhsil naziri Emin Əmrullayevin əmri ilə filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Təyinata qədər ADPU-nun Filologiya fakültəsinin dekanı vəzifəsində çalışan Mahirə Hüseynova respublikamızın məhsuldar alimlərindən biri kimi tanınır. Dilçiliyin müxtəlif sahələrinə aid 30-a yaxın kitabın, o cümlədən dərslik və dərs vəsaitinin, monoqrafiyaların, proqramların müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Filologiya elmləri və Pedaqogika” Ekspert Şurasının sədri, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvüdür. Professor Mahirə Hüseynova, həmçinin “Linqvistika problemləri” beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Yeri gəlmişkən, onun bu yaxınlaradək rəhbərlik etdiyi Filologiya fakültəsi özünün “Filoloq” qəzeti və “Filologiya.az” saytı vasitəsilə ölkəmizdə və ölkəmizdən kənarda yaşayan azərbaycanlılar üçün maraqlı informasiya resurslarından biri kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahirə Hüseynova (Nağıqızı) müasir Azərbaycan ədəbiyyatında bayatı janrında poetik nümunələrin ən məhsuldar və bənzərsiz yaradıcısı, həmçinin hərbi-vətənpərvərlik mövzusunda gözəl şeirlərin müəllifidir.

AZƏRTAC ADPU-nun prorektoru, professor Mahirə Hüseynova ilə müsahibəni təqdim edir.

- Mahirə xanım, ilk olaraq, Sizi yeni təyinatınız münasibətilə təbrik edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində, hesab edirik ki, daha miqyaslı və məsuliyyətli işlər yolunuzu gözləyir. Birinci sualımız yeni vəzifənizin istiqamətləri barədədir.

-Təbrikinizə görə təşəkkür edirəm. İlk əvvəl onu deyim ki, universitetimizdə beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə xətt ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən təhsil islahatlarının məntiqi davamı olan təhsil siyasətinin tərkib hissəsidir. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyub inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğrultmuş, təsdiq etmiş elementləri ilə sintezinə nail olmaq təhsil siyasətinin başlıca hədəfidir.

- Hədəflərə çatmaq üçün bu istiqamətdə ölkəmizdə kifayət qədər hüquqi baza artıq yaradılıb...

- Hər bir hüquqi baza, ilk növbədə, ölkədə bərqərar olmuş siyasi iradənin nəticəsi olaraq meydana gəlir və hesab edirəm ki, o siyasi iradənin tarixi məqamlarını yada salmağımız hökmən lazımdır. Bu, ona görə vacibdir ki, indiki gənc nəsil hazrkı situasiyanın elə-belə, birdən-birə yaranmadığını, əldə olunan və davam etdirilən yolun asan qurulmadığını bir daha yada salsın. İlk növbədə gəncliyimiz və Azərbaycan Respublikasının hər bir vətəndaşı onu unutmamalıdır ki, xalq olaraq qazanılan hər bir uğurun arxasında dövlət və dövlətçilik anlayışları dayanır. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qazanılan bugünkü uğurlarımızın tarixi Azərbaycan xalqının iradəsi ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə başlanıb. 1918-ci ilin mayında elan olunan dövlətin ilk günlərindən milli təhsilimizin sistemli şəkildə təşkili Cümhuriyyət hökumətinin başlıca qayğılarından olub. Məsələnin həllinə kompleks yanaşmaların nəticəsi idi ki, artıq 1919-cu ilin ortalarında təhsil sistemində atılan addımların nəticəsi olaraq ölkənin müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universiteti və Kənd Təsərrüfatı İnstitutunun yaradılması ilə bağlı qərarlar qəbul edildi. Görülən işlərin ölkənin müxtəlif sahələri üzrə yüksək keyfiyyətli kadrlarla təminatında kifayət etmədiyini nəzərə alan hökumət milli mütəxəssislərin hazırlanması üçün əlavə yollar axtardı və beləliklə də azərbaycanlıların ilk dəfə dövlət səviyyəsində xarici ölkələrdə təhsilə cəlb edilməsi ideyası yarandı. Cümhuriyyətin həmin zamanlarda yaşadığı gərgin ictimai-siyasi, iqtisadi və üstəlik, hərbi vəziyyətinə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar beləcə verildi. Artıq 1920-ci ilin əvvəllərində Qərbi Avropa, Rusiya və Türkiyənin ən qabaqcıl universitetlərində təhsil almaq üçün gənclərin böyük qrupu seçilmişdi. Cəmiyyətin müxtəlif təbəqələrindən seçilən 100 nəfərdən ibarət gəncin təhsil alması üçün Təhsil Nazirliyinə 7 milyon rubl vəsait ayrıldı və onlar qısa müddət ərzində həmin universitetlərə yola düşdülər. Onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alacaqdılar: Paris Universiteti, Berlin Kommersiya İnstitutu, İstanbul Universiteti, Leypsiq Universiteti, Novoçerkassk Universiteti, Berlin Politexnik İnstitutu, Bonn Universiteti, Darmştadt Ali Texniki Məktəbi, Nansi Universiteti, Roma Ali Eksperimental Aqrar Kral İnstitutu, Vyana Arxeoloji İnstitutu, Tuluza Ali Texniki Məktəbi, Roma Kral Rəssamlıq Akademiyası, Xarkov Tibb İnstitutu və digər möhtəşəm ali təhsil ocaqları.

Cəmi 23 ay ayaq üstə qalmağı bacaran Cümhuriyyətimiz dövlət siyasəti olaraq xaricdə təhsil ənənəsini bu cür yaratdı. Bütün bunlar təhsil tariximizin unudulmaz səhifələridir. Həmin tarixdən 50 il sonra ümummilli lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətdə olduğu vaxtlarda o ənənəni bərpa etdi. Azərbaycanda mükəmməl təhsil konsepsiyasının yaradılması Ulu Öndərin adı ilə birbaşa bağlıdır və azərbaycanlı gənclərin respublikadan kənardakı ali məktəblərdə təhsilə cəlb edilməsi həmin konsepsiyanın tərkib hissələrindən biridir.

Bu görkəmli dövlət xadiminin uzaqgörənliyi, təhsilə verdiyi böyük önəmin nəticəsi idi ki, ötən əsrin 70-80-ci illərində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən çox şəhərindəki 170-dən artıq nüfuzlu ali təhsil müəssisəsində respublika iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıldı. Müqayisə üçün bir faktı qeyd edək ki, əgər 1969/70-ci tədris ilində respublikadan kənarda oxumaq üçün cəmi 47 nəfər göndərilmişdisə, 1978-ci ildən etibarən bu rəqəm 800-900 oldu, 1980-ci illərin əvvəllərindən isə bu göstərici 1000-1400 nəfəri əhatə edirdi.

Əsası Ümummilli Lider tərəfindən qoyulan xaricdə təhsil ənənəsi ölkəmizdə uğurla davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” həyata keçirilib. İnsan kapitalının inkişafına yönəldilən həmin proqram çərçivəsində 5 mindən artıq ölkə vətəndaşı dünyanın 32 dövlətində yerləşən 379 aparıcı universitetində təhsil almaq hüququ qazanıb. O faktı yada salaq ki, qeyd olunan universitetlər dünyanın ən yüksək reytinqli 500 universiteti sırasındadır.

Yürüdülən həmin siyasətin davamı kimi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulur.

Onu qeyd edək ki, ölkəmizdə dünyanın aparıcı təhsil müəssisələrinin filiallarının yaradılması beynəlxalq əməkdaşlığa impuls verməkdən əlavə, əlaqələrin real nəticələri kimi maraqlı faktlardandır. Bu baxımdan, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının yaradılması təkcə keyfiyyətli yerli kadrların hazırlanması baxımından deyil, həmçinin milli təhsilimizə yeni məzmun vermək nöqteyi-nəzərindən də önəmlidir. Bu yöndə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı verən Azərbaycan-Fransa Universiteti təcrübəsi də diqqətəlayiqdir.

- Demək olarmı ki, ölkəmizin ali təhsil müəssisələri mükəmməl hüquqi baza ilə yanaşı, beynəlxalq əlaqələrin qurulması, onun inkişaf etdirilməsi yönündə geniş təcrübə qazanmağa nail olub? Bu konteksdən yanaşsaq, Sizin yeni təyin edildiyiniz vəzifə təmsil olunduğunuz Azərbaycan Dövlət Pedaqoji Universitetin spesifikası nəzərə alınaraq hansı yarımçıq işlərin davam etdirilməsini və hansı yeni layihələrə başlanmasını təxirəsalınmaz hesab edir?

- İlk növbədə, Sizin və dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bu il 100 yaşını qeyd etməyə hazırlaşan yetkin, ənənələri olan və bunlarla bərabər, qabaqcıl təcrübələrin ilk sınaq yeri kimi sınaqlardan çıxmış ali təhsil müəssisəsidir.

Təbii ki, Azərbaycanda təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər və təhsil müəssisələrinin qarşısında qoyulan vəzifələr hər bir qurum kimi, universitetimizin də qarşısında müəyyən vəzifələr qoyur. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir. Belə yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilirik. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik. O fəaliyyət isə özündə bu sahələri ehtiva edir:

•beynəlxalq əməkdaşlıq sahəsində problemlərin həllinə yönəlmiş universitet siyasətinin həyata keçirilməsi;

•universitetin beynəlxalq fəaliyyəti sahəsində prioritet sahələrin, əsas mexanizmlərin və fəaliyyətlərin müəyyənləşdirilməsi;

•universitetin beynəlxalq fəaliyyəti çərçivəsində işi tənzimləyən yerli aktların hazırlanması;

•respublika hədəfli və beynəlxalq proqramların, respublika və beynəlxalq fondların müsabiqələri üçün fənlərarası universitet proqramları üçün müraciət sənədlərinin hazırlanması;

•ADPU-nun beynəlxalq elmi və təhsil fəaliyyətinin inkişafı üçün Təhsil Nazirliyinin şöbələri, ölkə və xarici universitetlər, tədqiqat mərkəzləri, təşkilatlar və fondlarla qarşılıqlı əlaqə;

•aparıcı xarici alim və mütəxəssisləri ADPU-da müvəqqəti və daimi işə dəvət etməklə işin təşkili;

•təsdiq olunmuş quruma uyğun olaraq əməliyyat rəhbərliyindəki struktur bölmələrin fəaliyyətinin təşkili;

•birgə tədqiqat və təhsil layihələrini həyata keçirmək üçün xarici universitetlərlə tərəfdaşlıq əlaqələri qurmaq və müqavilə əlaqələrini inkişaf etdirmək;

•xarici tərəfdaş universitetlərlə əməkdaşlıqda yay məktəblərinin təşkili və keçirilməsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və aspirantların bu işlərdə iştirakı;

•Universitetimizdə xarici vətəndaşların təhsili və xarici vətəndaşlar tərəfindən elmi-pedaqoji stajların keçməsi, akademik mobillik və xarici universitetlərlə mübadilə proqramlarının izlənməsi;

•ADPU-ya beynəlxalq qrantların, layihələrin axtarışı və maliyyə və digər mənbələrin cəlb edilməsi;

•Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əməkdaşlığının inkişafı üçün proqramların hazırlanması və həyata keçirilməsi; ADPU-nun prioritet tədqiqat sahələrində beynəlxalq konfrans və konqreslərin təşkili, hazırlanması və keçirilməsi;

•Universitetin beynəlxalq əməkdaşlığının inkişafı üçün proqramların həyata keçirilməsi; ADPU-nun Beynəlxalq Əməkdaşlıq Koordinasiya Şurasının işi; universitetin beynəlxalq fəaliyyətinə, o cümlədən universitetin veb-saytının ingilis dilindəki versiyasının müvafiq bölmələrini saxlayaraq, müntəzəm olaraq ölkə və xarici KİV-lər üçün məlumat materialları hazırlamaq, universitetin beynəlxalq fəaliyyətinə dair hesabatların hazırlanması;

•Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur tərkibi olan filialları, dil və mədəniyyət mərkəzlərinin işinin təşkili və əlaqələndirilməsi.

-Mahirə xanım, hesab edirik ki, beynəlxalq əlaqələr siyasətində türkdilli ölkələrlə qurulan işgüzar münasibətlərin xüsusi çəkisi olmalıdır. Belə əlaqələr nə dərəcədə məhsuldardır və həmin məhsuldarlıq hansı nəticələrlə ölçülür?

-Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün ilk növbədə türkdilli ölkələri ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində universitetin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin ölkəmizdəki səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilib. Təkcə son illərdə beynəlxalq əməkdaşlıq fəaliyyəti sahəsində görülən işlərin məzmunu belə deməyə əsas verə bilər.

ADPU Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, Mövlanə mübadilə proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 tələbəsi Kastamonu Universitetinin Təhsil fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 nəfər tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin Gözəl sənətlər fakültəsində mübadilədə iştirak edib.

2016-2020-ci illərdə Türkiyənin 10 universiteti ilə Mövlanə mübadilə proqramı üzrə protokol, 5 ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işgüzar görüş keçirilib. Görüşlərin nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak edib.

ADPU 2016-cı ildə Avropa universitetləri ilə əlaqələri genişləndirmək, tələbə/müəllim mübadiləsi həyata keçirmək məqsədilə Kopenhagen Universitet Kolleci ilə “Erasmus+KA1” proqramı çərçivəsində müəssisələrarası müqavilə imzalayıb. 2016-2019-cu illərdə “Erasmus+ KA1” çərçivəsində ADPU-nun 4 tələbəsi, 7 müəllimi mübadilədə iştirak edib, Danimarkanın Kopenhagen Universitet Kollecindən 4 nəfərlik müəllim heyətini qəbul edib.

ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetin “Erasmus+ KA1” çərçivəsində tərəfdaşı olan Kopenhagen Universitet Kollecinə əməkdaşlıq çərçivəsində səfər edib.

- Universitetiniz hansı ölkələrlə tələbə mübadiləsi aparır və ümumiyyətlə, nə qədər əcnəbi tələbəniz var, onların ali məktəbin həyatında iştirakı sizi qane edirmi?

- İlk növbədə, beynəlxalq əlaqələr müstəvisində deyim ki, daha intensiv əlaqələrimiz qardaş Türkiyə Respublikası ilə mövcuddur. Təkcə 2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında ADPU-da təhsil almış 78 əcnəbi tələbə və magistr, 85 əcnəbi dinləyici məzun olub. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları var. ADPU-nun 2016-2019-cu illərdə 39 nəfəri mübadilə çərçivəsində olmaqla ümumilikdə 68 nəfər əməkdaşı xarici universitetlər və təşkilatlar tərəfindən təşkil olunan seminarlarda, konfranslarda və təlimlərdə iştirak edib, 6 tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil alıb. Bu illər ərzində 34 beynəlxalq müqavilə imzalanıb. Universitetin dünyanın 52 qabaqcıl və nüfuzlu universitetləri ilə əməkdaşlıq müqaviləsi (həmçinin ADPU-ya birləşdirilmiş AMİ-nin imzaladığı 13) var.

- Mahirə xanım, hesab edirik ki, bizim belə bir daxili inamımızla razılaşarsınız ki, beynəlxalq əlaqələrin qurulması ancaq bir sahə üzrə məhdudlaşmır...

- Sizinlə tam razıyam. Məsələn, deyək ki, təhsil sahəsi, yaxud iqtisadiyyatın hansısa bir sahəsi olsun, fərqi yoxdur, istənilən sahə üzrə beynəlxalq əlaqələrin qurulması ancaq təcrübə mübadiləsinə yox, bu təcrübə mübadiləsinin gətirə biləcəyi səmərəliliyə görə də deyil. Söhbət ondan gedir ki, aydan-aya, ildən-ilə “balacalaşan”, bununla da qloballaşan dünya ən uzaq məsafədəki dövlətlərin və xalqların inteqrasiyasını tələb edir. Bu, qaçılmaz gerçəklikdir və həmin gerçəkliyi hər birimiz öz həyatımızda hiss edirik. Bu gerçəkliyin diktə etdiyi bir amil var: söhbət mədəniyyətlərin (kültür- sözü fikrimizi daha dəqiq ehtiva edərdi) qovuşmasından gedir. Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Bizim qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin konteksdən yanaşmalıyıq. Fikrimizi ümumiləşdirmək üçün Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon Avropadakı ABŞ döyüş briqadalarının sayını azaldıb

Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Alimlər diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Avropada uşaqların itməsi hallarının 90-dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

BMT AİK rəsmisi: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri digər ölkələr üçün nümunə ola bilər

ÜHST: “EuFMD” Komissiyasına üzvlüklə bağlı xatirə tablosu Azərbaycan nümayəndəsinə təqdim olunub

“Mançester Siti” xal itirib, “Arsenal” 22 il sonra İngiltərə çempionu olub

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb

Jordi Llopart: BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsi vacibdir

Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb

“Qarabağ”ın prezidenti: Biz səs-küylü addımlara deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük veririk

Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər

Belçikada Azərbaycan cazına həsr edilmiş konsert olub

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Çin nümayəndəsi: WUF13 şəhərsalma sahəsində təcrübə və innovasiyaların paylaşılması üçün imkan yaradır

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB

Fransada müştəri öhdəliklərini pozan bank 20 milyon avro cərimələnib

WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırılır

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Tacikistan və Qazaxıstan tranzit daşımalarının sadələşdirilməsi barədə razılığa gəlib

Serbiyalı mütəxəssis: Dünyanın bütün dövlətlərində mənzili olmayan minlərlə ailələr var

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

WUF13-də Çinin Ümumdünya Şəhərlər və Ümumdünya Təmizlik günlərinin qlobal tədbirlərinə ev sahibliyi edəcək şəhərlərinin təqdimatı olub

Aysel Yaqubova: Şəhərlər enerjinin əsas istehlakçıları və emissiyalara əhəmiyyətli töhfə verənlərdir

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Kanadalı layihə rəhbəri: WUF13 müxtəlif ölkələrin təcrübəsini öyrənmək baxımından əhəmiyyətli platformadır

Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib

Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq

Rüstəm Qasımov: Dayanıqlı şəhərin inkişafı etibarlı enerji mənbələri olmadan mümkün deyil

® “Azercell” “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Anaklaudia Rossbax: UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası üzrə fəaliyyətini genişləndirir

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər

Kaori İşikava: Qayğı iqtisadiyyatı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında vacib rol oynayır

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo”da konsert proqramı ilə çıxış ediblər

WUF13-ün iştirakçısı: Bakıda görülən işlər yüksək səviyyədədir

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır

Bu saata olan əsas xəbərlər

ABŞ Prezidenti: Kubanın narahatlığını həll etmək üçün rejim dəyişikliyinə ehtiyac olmaya bilər

BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13-ün əhəmiyyətindən danışılıb

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb - FOTOLAR

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar - konfrans

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-ün ana xəttini təşkil edir

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

ABŞ vətəndaşları Ebola virusu ilə əlaqədar bir sıra ölkələrə səfər etməməyə çağırılıb

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Nazir müavini: Bakı Davamlılıq Koalisiyası şəhərsalma və iqlim fəaliyyətlərini bir araya gətirməyə xidmət edir

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır

Anaklaudia Rossbax: Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq

Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Qarabağ Universitetində Xalq artisti Fəxrəddin Manafovla görüş

Nigeriyalı mütəxəssis: İqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır

Rəsul Rza mükafatı laureatlara təqdim olunub

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub

WUF13-də qeyri-rəsmi anlar - FOTOREPORTAJ