ADU tələbələri sağlam gələcəyi seçir
Bakı, 31 may, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq, Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasında antinarkomaniya mövzusunda tələbələr üçün “Biz sağlam gələcəyi seçirik!” adlı ictimai mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Bioloji ekspertiza şöbəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı zəruri məlumatlar verib.