AFFA-DA MƏTBUAT KONFRANSI OLMUŞDUR
Ölkəmizdə futbolun inkişafı məqsədi ilə hakimlər üçün mütəmadi olaraq seminar-məşğələlərin keçirilməsindən, gənc hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və onların gələcəkdə ölkə çempionatının və beynəlxalq yarışların oyunlarını uğurla idarə etmələri üçün müxtəlif tədbirlərin görülməsindən danışan Ə.Hüseynov oktyabrın 22-də “Turan”-“İnter” oyunundan sonra baş vermiş bəzi hadisələrə öz münasibətini bildirmişdir. Görüşün baş hakimi Xaqani Məmmədovun oyundan sonra qeyri-qanuni olaraq qalib komandanın - “İnter”in rəhbərliyi ilə görüşdüyünü və müəyyən məsələlər ətrafında söhbət apardığını diqqətə çatdıran Ə.Hüseynov bunun Azərbaycan futboluna ləkə gətirəcək hərəkət olduğunu qeyd etmişdir.
Ə.Hüseynov bu məsələnin ciddi araşdırıldığını və Komitənin qərarı ilə Xaqani Məmmədovun ölkə çempionatının oyunlarını idarə etmək hüququndan məhrum olunduğunu, habelə FİFA referiliyindən geri çağırıldığını, FİFA referiliyində onu əvəz etmək üçün gənc və təcrübəli hakim Vüsal Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]