AFFA İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, fervralın 25-də qurumun İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda ölkə futbolu ilə bağlı bir sıra məsələlər, o cümlədən gənclərdən ibarət yığma komandasında boş qalmış məşqçi məsələsi öz həllini tapmışdır.
Qərara əsasən, Almaniyadan dəvət olunmuş Bernhard Lippert 17 və 21 yaşlılardan ibarət yığma futbol komandamızda baş məşqçi və texniki direktor vəzifələrini icra edəcəkdir. Hacıbala Abdullayev isə futzal üzrə 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi təyin olunmuşdur.
İclasda Apellyasiya komitəsinin yeni sədrinin seçilməsi, gələn ildən Premyer Liqa klublarının lisenziyalaşdırılmasında yeni sistemin tətbiq olunması ilə bağlı qərarlar qəbul olunmuşdur.
Bundan əlavə, AFFA Futbol Veteranları Fondunun əsasnaməsinin təsdiq etmişdir. Fond Azərbaycan futbolunun inkişafında öz töhfələrini vermiş veteranlara AFFA-nın vəsaiti hesabına maddi yardım göstərəcəkdir.
Digər qərara əsasən, AFFA-nın vəsaiti hesabına Premyer Liqa klublarına Almaniyadan dəvət olunmuş uşaq futbolu üzrə məşqçiləri Kazbek Tuayevin rəhbərliyi ilə fəaliyyət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]