AFFA LEGİONER LİMİTİNİ DƏYİŞDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da AFFA-nın XI konfransında çıxarılan qərara əsasən, ölkə çempionatında çıxış edən əcnəbi futbolçulara qoyulan limit dəyişdirilmişdir.
Tədbirdən sonra keçirilən mətbuat konfransında bildirilmişdir ki, uzunsürən müzakirələrdən sonra səs çoxluğu ilə legioner limiti 5+2 prinsipi ilə müəyyənləşdirilmişdir. Yəni Azərbaycan vətəndaşlığı alıb-almamasından asılı olmayaraq artıq gələn mövsümdən hər bir komanda oyun zamanı 5 əcnəbi futbolçunun xidmətindən yararlana biləcək, 2 legioner isə ehtiyatda qalacaqdır.
Xatırladaq ki, ötən il qəbul olunmuş qərardan sonra legionerlərə qoyulan limit 3+2 sistemi ilə (3 futbolçu meydanda, 2 nəfər isə ehtiyatda) qəbul olunmuşdu.
Bundan əlavə, ilk dəfə AFFA legioner limitini yığma komandaya da şamil etmişdir. Belə ki, əcnəbi futbolçular yığmada 5+2 sistemi ilə cıxış edəcəklər.
Digər qərara əsasən, adının növbəti milli çempionatın sifariş ərizəsinə salınması üçün komandalar bir legioner futbolçuya görə 20 min, məşqçilərə görə isə 50 min manat ödəyəcəklər. Əcnəbilər komandada müxtəlif inzibati vəzifələrə işə götürüldükdə isə klublar AFFA-ya 40 min manat üzvlük haqqı ödəməli olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]