AFFA-nın baş katibi Regional Futbol Federasiyalarının rəhbərləri ilə görüşüb
Bakı, 19 mart, AZƏRTAC
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının (RFF) rəhbərləri ilə geniştərkibli görüş keçirib.
Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, eləcə də quruma üzv olan digər regional federasiyaların nümayəndələri iştirak ediblər.
Toplantı zamanı ölkə futbolunun regionlarda mövcud problemləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Xüsusilə futbol infrastrukturunun təkmilləşdirilməsi, uşaq və yeniyetmə futbolunun sistemli şəkildə inkişafı, eləcə də yerli məşqçi kadrlarının hazırlanması əsas prioritet istiqamətlər kimi önə çəkilib.
Bununla yanaşı, federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi və regionlara göstərilən dəstəyin genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılacaq məqsədyönlü addımların ölkə futbolunun inkişafına və regionlarda daha geniş yayılmasına töhfə verəcəyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]