AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də AFFA-nın təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın Futbol Akademiyasında təşkil olunmuş aksiyada AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Biz birlikdə güclüyük” devizi altında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd koronavirus pandemiyası dövründə talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi və cəmiyyətin diqqətinin onlara yönəldilməsidir.