AĞCABƏDİDƏ HEYDƏR ƏLİYEV MUZEYİ TİKİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağcabədi şəhərində ulu öndərin adını daşıyan prospektdə Heydər Əliyev muzeyinin inşasına başlanmışdır. Milli Qurtuluş günündə muzeyin təməlqoyma mərasimi keçirilmiş, iştirakçılar ümummilli liderimizin xalqımız qarşısındakı böyük xidmətlərindən danışmışlar. Müasir memarlıq üslubunda inşa ediləcək ikimərtəbəli muzeyin geniş salonunda dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədlər, eksponatlar nümayiş etdiriləcəkdir.
Görkəmli şəxsiyyətin zəngin irsini öyrənmək üçün ideoloji mərkəz rolunu oynayacaq muzey ilin sonunadək istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]