AĞCABƏDİDƏ MƏZUNLARA SERTİFİKATLAR TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sertifikata layiq görülmüş 412 nəfərin 83-ü davamiyyət əlaçısı, 17-si isə dərs əlaçısı nişanları almışdır.
“Təhsil mərkəzi”ndə dinləyicilər 10-a yaxın ixtisasa yiyələnir. “Azərbaycan və ABŞ təhsildə birgə fəaliyyət göstərir” devizi ilə təhsil proqramını həyata keçirən mərkəz lazımi texnoloji avadanlıqla təchiz olunmuşdur. İndiyədək 3.000 nəfərdən çox məzun sertifikat almışdır.