Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞCABƏDİDƏ ÜZEYİR HACIBƏYLİ ADINA QARABAĞ MUĞAM MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Ağcabədidə dahi Üzeyir Hacıbəylinin büstünün və bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışı olmuşdur.

... Dahiləri bir xalq, bir ölkə yetirir, ancaq onlar bəşəriyyətə məxsus olurlar. Azərbaycan xalqının dünya musiqi mədəniyyəti tarixinə bəxş etdiyi Üzeyir Hacıbəyli də belə korifeylərdəndir. Onu təkcə öz Vətənində deyil, dünyanın hər yerində böyük hörmət və ehtiramla xatırlayırlar. İki il əvvəl uzaq Niaqara sahillərində dahi Motsartın 250 illik yubileyinə həsr edilmiş beynəlxalq musiqi festivalının Üzeyir Hacıbəylinin 1932-ci ildə yazdığı “Motsart mövzularında fantaziya” əsəri ilə açılması bunun əyani təsdiqidir.

Azərbaycanın musiqi ictimaiyyəti sentyabrın 20-də dahi Üzeyir bəyin xatirəsinə ehtiramın daha bir təsdiqinin şahidi oldular. Həmin gün Üzeyir bəyin dünyaya göz açdığı Ağcabədi şəhərində onun büstünün, bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin və buradakı park-kompleksin təntənəli açılışı olmuşdur. Bu tədbir həqiqətən milli musiqimizin təntənəli bayramı idi. Ona görə də mərasim iştirakçıları bir-birini hərarətlə təbrik edir, ürək sözlərini bölüşürdülər.

Qarabağ Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarının dəstəyi ilə inşa edilmişdir.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş və ümummilli liderin adını daşıyan muzeylə yaxından tanış olmuşlar.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mərasimi açaraq bildirmişdir ki, bugünkü mərasim mədəniyyətimizin bayramı, muğamın təntənəsi, böyük sənətkarlarımıza olan ehtiramın və hörmətin təsdiqidir. Mədəniyyətimizə, tariximizə, dilimizə, adət-ənənələrimizə, sənət adamlarımıza sonsuz qayğı və diqqətlə yanaşan ulu öndər Heydər Əliyevin idealları bu gün bizimlədir və daim bizimlə olacaqdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə böyük nüfuz qazanması, regionlarda baş verən əsaslı dəyişikliklər, insanların həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir və insanlarda gələcəyə olan inamı qat-qat artırır.

Qarabağda muğam ifaçılıq sənətinin inkişafında, təbliğındə müstəsna rol oynayacaq belə bir mərkəzin Ağcabədi rayonunda istifadəyə verilməsi hamımızı sevindirir. Bu mərkəz çox əlamətdar bir vaxtda, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 123-cü ildönümünun qeyd olunduğu günlərdə muğamsevərlərə hədiyyə edilir.

Azərbaycan mədəniyyətinin, muğam ifaçılıq sənətinin tarixi qədim, ömrü uzundur deyən icra başçısı vurğulamışdır ki, bu ömürə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yeni bir nəfəs verdi və muğamın inkişafı, təbliği sahəsində müasir bir tarix yazdı. Sənətkarlarımızı unutmamaq, muğamlarımızı yaşatmağa olan vətəndaşlıq borcumuzu Mehriban Əliyeva Üzeyir bəyin timsalında belə səciyyələndirmişdir: “Bu gün biz Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə müraciət etməklə, əslində onun ruhu qarşısında öz vətəndaşlıq borcumuzu verməyə hazır olduğumuzu nümayiş etdiririk”. Açılışına toplaşdığımız Qarabağ Muğam Mərkəzinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də göndərilmişdir.

Üzeyir Hacıbəylinin qranitdən hazırlanmış büstünün üzərindən ağ örtük götürüləndən və dahi bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsiləndən sonra iştirakçılar mərkəzlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, binanın ümumi sahəsi 830 kvadratmetrdir. Bina hər biri 154 tamaşaçı tutan yay və qış konsert zallarından, 6 sinif, müdiriyyət, iclas, qrim otaqlarından ibarətdir. Müasir səsləndirmə, işıqlandırma və digər avadanlıqla təchiz edilmiş binada mərkəzləşdirilmiş havalandırma qurğusu quraşdırılmışdr. Binanın foyesində Azərbaycan muğamının tarixi və müasir dövrünü əks etdirən guşə yaradılmışdır.

Vurğulanmışdır ki, mərkəzin yerləşdiyi parkın ümumi sahəsi 15 min 325 kvadratmetrdir. Parkdakı Veteranlar evi yenidən qurulmuş, burada müasir memarlıq üslubunda “Gənclər evi” inşa edilmişdir. Həmişəyaşıl ağacların və bəzək kollarının xüsusi yaraşıq verdiyi parkda Üzeyir Hacıbəylinin əsərlərindən fraqmentləri əks etdirən memarlıq kompozisiyası yaradılmışdır. Gün ərzində bu parkda Üzeyir bəyin və digər görkəmli sənətkarların əsərlərinin, habelə xalq musiqisinin səsləndirilməsi üçün səsgücləndiricilər qurulmuşdur. Parkın ətrafındakı 4 min kvadratmetr sahəyə asfalt örtüyü döşənmişdir.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şıxış edərək bildirmişdir ki, Heydər Əliyev Fondu Azərbaycan musiqisinin təbliği, muğamlarımızın qorunaraq nəsildən-nəslə ötürülməsi istiqamətində çox ciddi işlər görür. Bu günlərdə fondun “Üzeyir dünyası” və “Azərbaycan muğam ensiklopediyası” layihələrinin təqdimatı dediklərimizə əyani subutdur. Musiqi mədəniyyəti tariximizdə xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyr dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyr Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavirləri, librettoları və onların CD-ləri daxildir. Bütün bunlar təkcə Üzeyir bəyin yaradıcılığına deyil, ümumilikdə Azərbaycan xalqına, onun mədəniyyətinə, musiqisinə, incəsənətinə verilən böyük və sonsuz qiymətdir.

Nazir vurğulamışdır ki, Üzeyir Hacıbəyli yaradıcılığına həsr edilmiş tədbirlər bundan sonra da davam etdiriləcək və onun zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsi üçün səylər artırılacaqdır.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Milli Məclisin deputatları Rəfael Hüseynov, Aqil Abbas, xalq artisti Arif Babayev çıxış etmişlər. Vurğulanmışdır ki, “Qarabağ xanəndələri” musiqi albomunun işıq üzü görməsi, “Muğam” jurnalının nəşr edilməsi, 2005-2007-ci illərdə televiziya muğam müsabiqələrinin keçirilməsi, muğamlarımızın dünya miqyasında təbliğ olunması Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindəndir. Bütün bunlar mədəniyyətimizin inkişaf tarixinin yeni salnaməsidir. Hazırda Bakıda tikilməkdə olan möhtəşəm Muğam Mərkəzi də bu salnamənin yeni bir parlaq səhifəsi olacaqdır.

Mərasimdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov, Azər Zeynalov və digər sənətkarlar dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib