Ağcabədidə Xalq Şairi Məmməd Arazın xatirəsi anılmışdır
Ağcabədi, 1 noyabr (AZƏRTAC). Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinin və “Yaradıcı gənclər klubu”nun təşkilatçılığı ilə keçirilmişdir.
Çıxışlarda şairin həyat və yaradıcılığından, poeziyamızdakı misilsiz xidmətlərindən söhbət açılmışlar.
Bildirilmişdir ki, vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin Azərbaycan dilinin bütün incəliklərini özündə toplamış poetik irsi gənclərin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Tədbirdə şairin yaradıcılığından parçalar oxunmuş, əsərlərinə bəstələnmiş mahnılar ifa edilmişdir.