AĞCABƏDİDƏ YENİ POLİKLİNİKA VƏ UŞAQ XƏSTƏXANASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağcabədi şəhərində yeni poliklinika və uşaq xəstəxanası bərpa edilərək istifadəyə verilmişdir.
Müasir standartlara cavab verən hər iki tibb ocağı zəruri avadanlıqla təchiz olunmuşdur. Şəhərdə “Reproduktiv sağlamlıq mərkəzi” də açılmışdır. Yaxın vaxtlarda rayon mərkəzi xəstəxanasının inşasına başlanacaqdır.