Ağdamda anma mərasimi keçirilmişdir
Ağdam, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ağdam rayonunun girişində yeni inşa olunmuş Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Quzanlı qəsəbəsindəki mədəniyyət evində Ağdam Dram Teatrının ifasında “O kənd bizim kəndimizdir” tamaşası göstərilmişdir.
Həmin gün Quzanlı qəsəbəsində rayon icra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ehsan süfrəsi açılmışdır. Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanlı cinayətdən danışmışlar. Qeyd edilmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmış, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]