Ağdamın “Qarabağ” klubu Emil Balayevi transfer edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, klub milli komandamıza da dəvət alan, azad agent statusu daşıyan qolkiper Emil Balayev ilə bir illik müqavilə imzalayıb.
Son klubu “Ayntraxt” (Almaniya) olan Emil Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edib.
Gənc qolkiper keçidi haqda deyib: “İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Oyun praktikamı artıraraq gələcəkdə komandama kömək etməyə çalışacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]