AĞDAŞDA HEYDƏR ƏLİYEV ADINA İDEOLOJİ MƏRKƏZ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ideoloji mərkəzin açılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev mərasimdə Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyətindən ətraflı danışaraq qeyd etmişdir ki, yerli sakinlər Heydər Əliyevlə Ağdaş torpağındakı görüşlərini ömürlərinin qızıl anları hesab edir və böyük rəhbərə hörmət və məhəbbətlərini müəssisələrdə, təhsil, mədəniyyət ocaqlarında yaratdıqları muzey və guşələrdə sərgilədikləri yüzlərlə eksponatla ifadə edirlər. Bu gün açılışına toplaşdığımız Heydər Əliyev adına ideoloji mərkəz bir daha sübut edir ki, ağdaşlıların ulu öndərimizə hörmət və ehtiramı sonsuzdur.
Mərasim iştirakçıları 4 bölmədən ibarət olan mərkəzdəki eksponatlarla maraqla tanış olmuşlar. Bölmələrdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən yüzlərlə qiymətli eksponat nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]