Ağstafada “Suveren ölkənin qalib uşaqları” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub
Ağstafa, 31 may, Ruslan Novruzoğlu, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Suveren ölkənin qalib uşaqları” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər. Bayram tədbirində uşaqların ifasında şeirlər səsləndirilib, nəğmələr oxunub, rəngarəng bədii-əyləncəli kompozisiyalar nümayiş etdirilib.