AĞSU GƏNCLƏRİ HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Ağsu rayonunda gənclərin hərbi xidmətə növbəti çağırış kampaniyası davam edir. Rayon hərbi komissarı, polkovnik-leytenant Azad Abbasov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, artıq çağırışçı gənclərin yarıdan çoxu hərbi hissələrə yola salınmışdır. Sevindirici haldır ki, çağırışdan yayınanlar yoxdur, gənclər yüksək mütəşəkkillik, siyasi şüurluluq nümayiş etdirir, Vətənə olan borclarını yerinə yetirməkdən şərəf duyurlar.