Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, çoban işləyən Q.Eyvazov nobatda olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb. Keçirilmiş tədbirlərlə heyvan satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:35]
® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib
- 07.10.2026 [12:01]