Aİ ölkələri 700-ə yaxın Gürcüstan vətəndaşının deportasiyası barədə qərar qəbul edib
Tbilisi, 20 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən 698 Gürcüstan vətəndaşının deportasiya olunması barədə qərar qəbul edilib. Gürcüstan readmissiya müqaviləsi çərçivəsində onlardan 6-sının qəbulundan imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin veb-saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Gürcüstan vətəndaşlarını ən çox Almaniya deportasiya edib. Sonrakı yerləri Fransa, İtaliya, Polşa və İsveçrə tutur. Gürcüstanın vətənlərinə qayıtmaq hüququndan məhrum etdiyi 6 nəfərin isə Almaniya, Fransa, İtaliya və Rumıniyadan deportasiya edilməsi planlaşdırılırdı.
Qeyd edək ki, 2017-ci ilin mart ayından Gürcüstan vətəndaşlarına turizm, işgüzar və qonaq səfərləri üçün Şengen zonası ölkələrinə vizasız qısamüddətli səyahət hüququ verilib. Gürcüstan dəfələrlə vətəndaşları Aİ ölkələrində qalma qaydalarına riayət etməyə çağırıb, çünki bu qaydaları pozmaq vizasız rejimi təhlükə altına qoya bilər. Ölkə digər ölkələrə qanunsuz miqrasiyanın qarşısını almaq üçün bir sıra tədbirlər görüb. Xüsusilə, soyadın dəyişdirilməsi proseduru sərtləşdirilib və qanunsuz miqrasiyanın asanlaşdırılmasına görə cinayət məsuliyyəti tətbiq edilib. Bundan əlavə, Gürcüstanda Aİ ölkələri ilə vizasız səyahət tələblərini pozanlara qarşı qanunvericilik sərtləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]