Aİ “Rosatom”a qarşı sanksiyaları nəzərdən keçirir
Bakı, 18 mart, AZƏRTAC
Avropa İttifaqında (Aİ) Rusiyanın “Rosatom” dövlət korporasiyasına qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunur. Lakin Rusiyanın nüvə yanacağı tədarükçüsü üçün “əvəzedici tapmaq çətindir”.
AZƏRTAC xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə cümə günü Aİ-nin xarici siyasət xidmətindəki diplomat bildirib.
“Rosatom”a qarşı sanksiyalar məsələsi danışıqlar masasındadır, lakin Rusiyanın nüvə yanacağına Aİ-də alternativ tapmaq çətindir”, - diplomat bildirib: "Bu, mürəkkəb məsələdir, bir sıra Aİ ölkələrinin nüvə sənayesi ilə bağlıdır. Qaz və neftdən fərqli olaraq, Rusiya nüvə yanacağının sadəcə əvəzi yoxdur və “Rosatom”un öz texnologiyalarına uyğun olaraq tikdiyi obyektlərə texniki xidmət göstərilmir”.
O, martın 20-də Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında Rusiyaya qarşı sanksiyaların müzakirə olunacağı barədə danışarkən deyib: “Biz istisna etmirik ki, nazirlərdən hər hansısa biri 10-cu fərmanın icrası ilə bağlı məsələlərə toxunacaq. Sanksiya paketi, yeni qərarların müzakirəsi planlaşdırılmayacaq. 10-cu paket artıq mümkün sanksiya məkanının böyük hissəsini əhatə edib. Biz yeni sanksiyaların mümkünlüyünü istisna etmirik, lakin onların əksəriyyəti artıq qəbul olunub”.
Diplomat, həmçinin bildirib ki, nazirlərin görüşündə İranda insan haqlarının pozulmasına görə yeni sanksiyalar paketi qəbul edilə bilər.