Aİ Ukrayna üçün 90 milyard avroluq kredit paketini təsdiqləməyə hazırlaşır
Bakı, 21 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) tərəfindən Ukrayna üçün ayrılan 90 milyard avroluq kredit məsələsində irəliləyiş gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas aprelin 21-də Lüksemburqda jurnalistlərə bildirib. “Çərşənbə günü Ukraynaya veriləcək kreditlə bağlı müsbət qərarlar gözləyirik. Ukraynanın buna ehtiyacı var”, - deyə o vurğulayıb. Avropa mediasında yayılan xəbərlərə görə, aprelin 22-də Lüksemburqda Aİ üzvü olan dövlətlərin daimi nümayəndələrinin görüşü keçiriləcək və burada kredit məsələsinin müzakirəsi də gözlənilir.
Əvvəllər mübahisə səbəbindən Kiyev üçün 90 milyard avroluq Aİ krediti bloklanmışdı. Lakin Macarıstan parlamentinə seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Macyar bildirib ki, Budapeşt Ukraynaya kredit verməsi məsələsini digər üzv ölkələrlə müzakirə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]